Alimlər oktyabr ayında Yerə kometin yaxınlaşdığını bildirdilərbackend

C/2025 A6 Lemmon kometası oktyabrın 21-də Yerə ən yaxın nöqtəsindən keçəcək. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

“C/2025 A6 Lemmon kometası üç gün ərzində Yerə ən yaxın nöqtədə, oktyabrın 21-də təxminən 89 milyon km məsafədən keçəcək… Çox güman ki, kometa hazırda ən yüksək parlaqlığından keçir”, – məlumatda deyilir.

Alimlərin fikrincə, bu hadisə astrofotoqrafların marağına səbəb ola bilər, çünki o, yüksək dəqiqlikli alətlərlə müstəsna gözəl mənzərə təqdim edir.

Laboratoriya əlavə edib ki, komet ən azı oktyabrın sonu və ya noyabrın əvvəlinə kimi müşahidə oluna bilər.