Alimlər paralel kainatın varlığına dair sübutlar tapıblarbackend

ABŞ və İsveçrədən olan fiziklər paralel dünyaların mövcudluğuna dair ilk mümkün sübutu əldə etdiklərini açıqlayıblar.

Bu barədə News Frol portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, alimlər hissəciklərin sürətləndiricisində anomal kvant kənarlaşmaları aşkar ediblər. Belə dəyişiklikləri klassik elm baxımından izah etmək olmaz. Aparıcı ekspert hesab edir ki, əldə edilən məlumat atomaltı səviyyədə reallığımızla qarşılıqlı əlaqədə olan görünməz “kölgə” kainatın mövcudluğundan xəbər verə bilər.

Əgər fərziyyə doğru olarsa, bu, müxtəlif ölçülər arasında hərəkət etməyə imkan verəcək texnologiyaların inkişafına yol açacaq, məqalə müəllifləri belə qənaətə gəliblər.