Alimlər pişiklərin təsadüfi əşyaları oğurlamağı niyə sevdiyini aşkar ediblərbackend

Utrext Universitetinin holland alimləri pişik kleptomaniyasının səbəblərindən birini – ev pişiklərinin təsadüfi əşyaları oğurlayıb evlərinə gətirmək meylini aşkar ediblər. Bu barədə “The Guardian” qəzeti yazır.

Tədqiqat zamanı bioloqlar dünyanın müxtəlif ölkələrindən olan bəzi ev heyvanlarının davranışlarını öyrəniblər. Sevimlilərdən bəziləri ayda 100-ə qədər oğurluq edib.

Məsələn, Böyük Britaniyanın Bristol şəhərindən olan pişik Çarli gəzintidən plastik oyuncaqlar, paltar sancaqları, rezin ördək, eynək, bıçaq və digər əşyalarla qayıdır.

Mənbə: The Guardian