Alimlər pitonların ət üçün çoxaldılmasının faydalarını açıqlayıbbackend

Pitonlar qlobal qida sənayesi üçün perspektivli ət mənbəyi ola bilər. Bu nəticəyə Macquarie Universitetinin avstraliyalı alimləri və onların digər ölkələrdən olan həmkarları gəliblər.

Tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.

Komanda Tayland və Vyetnamdakı fermalarda yetişdirilən iki növ pitonu – torlu piton və qaranlıq pələng pitonunu tədqiq edib.

Nəticələr ümidverici hesab edildi: ilanlar qida olmadıqda belə sürətlə böyüdü və istehlak edilən qida miqdarı ilə müqayisədə kifayət qədər ət istehsal etdi.

Alimlərin fikrincə, pitonlar üçün istehlak edilən qidaya nisbətən istehsal olunan ətin səmərəlilik əmsalı 1,2 olub. Müqayisə üçün deyək ki, yetişdirilən qızılbalıq üçün bu rəqəm 1,5, quş əti üçün 2,8, donuz əti üçün 6, mal əti üçün 10 təşkil edir. Beləliklə, ət üçün piton yetişdirmək inəklərdən təxminən 10 dəfə daha sərfəlidir.

Mənbə: A Haber