Nayrobidəki Beynəlxalq Həşərat Fiziologiyası və Ekologiya Mərkəzindən Keniyalı alimlər çirkləndirici plastiki parçalaya bilən yeni həşərat kəşf ediblər. Bunun kiçik bir un qurdu olduğu ortaya çıxdı. Tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.
Kiçik un qurdları qara Alphitobius böcəyinin sürfə formasıdır.
Tədqiqatçılar müəyyən ediblər ki, bu canlılar qida qabları, izolyasiya materialları və digər məhsulların hazırlanmasında qismən istifadə edilən adi plastik növü olan polistirol həzm edə bilir.
Komanda bir qrup qurdların təmiz polistirolla, digəri yalnız kəpəklə, üçüncüsü isə hər iki növ qidanın kombinasiyasını qəbul etdiyi bir təcrübə keçirdi.
Mənbə: SciRep