Alimlər Plutonun səthindəki nəhəng “ürəyin” sirrini açdılarbackend

Bern Universiteti və PlanetS Milli Planet Tədqiqat Mərkəzindən İsveçrə astronomları Plutonun səthində Tombaugh bölgəsi kimi tanınan nəhəng ürək formalı bölgənin necə yarandığını aşkar ediblər. Tədqiqat Nature Astronomy (NatAstro) elmi jurnalında dərc olunub.

Plutonun “ürəyi” heterojendir. Onun qərb hissəsi olan Sputnik Planitia təxminən 2,4 milyon kilometr ərazini əhatə edir ki, bu da Avropanın dörddə birinə bərabərdir. Bu bölgə planetin səthinin qalan hissəsindən üç-dörd kilometr yüksəklikdə yerləşir və ağ azotlu buzla doludur.

Tombonun şərq hissəsi oxşar, lakin daha nazik buz təbəqəsi ilə örtülüdür, mənşəyi hələ də bəlli deyil.

Mənbə: Gazeta.ru