HİV dərmanları tenofovir və dolutegravir qan xərçənginə səbəb ola bilən HTLV-1 adlı az tanınan virusun ötürülməsini effektiv şəkildə boğur. Bunu Cell jurnalında dərc olunan araşdırma göstərib.
Təcrübədə immun sistemi insan hüceyrələrindən götürülən “insanlaşmış” siçanlardan istifadə edilib. İki dərmanla müalicə kursundan sonra virus T hüceyrələrinin daxilində fəaliyyətini praktiki olaraq dayandırıb.
Alimlərin fikrincə, HTLV-1 İİV-in “qohumu” hesab edilə bilər, çünki o, immun sisteminin eyni hüceyrələrinə təsir göstərir. Virus uzun illər bədəndə qala bilər, tədricən ağır nəticələrə, o cümlədən T-hüceyrəli leykemiyaya (qan xərçənginin bir növü) və onurğa beyninin xroniki iltihabına səbəb olur.
Qeyd edilir ki, indiyədək HTLV-1-in gedişatını ləngidə və ya dayandıra biləcək nə peyvənd, nə də effektiv terapiya olub.