Beynəlxalq arxeoloqlar qrupu indiki Çin ərazisindəki Tarim hövzəsində mövcud olan sirli Xiaohe mədəniyyətinin (e.ə. 1950–1400) dəfn mərasimləri ilə bağlı yeni təfərrüatları üzə çıxarıb. Tədqiqat Asian Archeology (AsianArch) elmi jurnalında dərc olunub.
Tapıntılar göstərdi ki, Xiaohedə ən çox yayılmış dəfn növü qayıq şəklində olan, bəzən mal-qara dəriləri ilə örtülmüş dar taxta tabutlar olub. Əvvəlki tədqiqatçılar hesab edirdilər ki, bu tikililər, bəlkə də Tarim vahələrinin dayaz çaylarında üzmək üçün istifadə edilən həqiqi qayıqları simvollaşdırır.
Bununla belə, alimlər fərqli, simvolik şərh təklif ediblər.
“Tabutlar, hər şeyin alt-üst olduğu güzgü kimi axirət həyatı haqqında fikirləri əks etdirə bilər. Bu, Misirdən Skandinaviyaya qədər qədim mədəniyyətlərin mifologiyalarında ümumi motivdir”, – Almaniyadakı Maks Plank Dünya Tarixi İnstitutundan doktor Gino Kaspari bildirib.