Gündə 3-4 fincan qəhvə içmək, ağır psixi pozğunluğu olan insanlarda telomerləri – xromosomların terminal bölgələrini və hüceyrə qocalmasının göstəricilərini uzatmaqla bioloji qocalmanı ləngidə bilər. London Kral Kollecinin alimləri belə nəticəyə gəliblər. Araşdırma BMJ Mental Health jurnalında dərc olunub.
Tədqiqatda 436 yetkin könüllü iştirak edib. Bunlardan 259-u şizofreniya, 177-si isə psixozla müşayiət olunan affektiv pozğunluqlara malik idi. İştirakçılardan qəhvə istehlakı tezliyini və siqaret çəkmə tarixçələrini (əgər varsa) bildirmələri istəndi.
İlkin qiymətləndirmələr göstərib ki, iştirakçıların əksəriyyəti (77%) siqaret çəkir, bu da kofein mübadiləsini sürətləndirir. Bundan əlavə, siqaret çəkənlər gündə beş fincandan çox qəhvə içirlər.














