Alimlər qida allergiyasının gözlənilməz səbəbini tapıblarbackend

Massaçusets Ümumi Xəstəxanasının amerikalı alimləri qida allergiyasının inkişafının səbəbini aşkar ediblər. Məlum olub ki, immun sisteminin fıstıq və bəzi digər qidalara qarşı genetik parametrləri var.

Tədqiqat Science Translational Medicine (STM) elmi jurnalında dərc olunub.

Layihəyə rəhbərlik edən Dr Sarita Patil, “Sanki bizim DNT-mizdə yerfıstığına qarşı kod var” dedi.

Alimlər aşkar ediblər ki, insanların əksəriyyətində orqanizmin qida zülallarına qarşı eyni anticisimlər istehsal etməsinə səbəb olan xüsusi genlər var.

Daha da təəccüblü olanı odur ki, bu antikorlar uşaqlarda 1-3 yaşlarında, fıstıq sınayan kimi istehsal olunmağa başlayır.

Bu kəşf qida allergiyasının müalicəsində inqilab yarada bilər. Antikorlar bütün insanlarda demək olar ki, eyni olduğundan, alimlər indi immunitet sistemini “yenidən proqramlaşdıracaq” universal dərman hazırlaya bilərlər.