Alimlər qlobal fəlakətdən təşvişə düşüblərbackend

Kaliforniya Universitetinin professoru Ken MacDonald deyir ki, Afrika qitəsi gözləniləndən çox tez parçalanacaq.

Bu barədə Daily Mail məlumat yayıb.

Nəşr qeyd edir ki, Efiopiya səhrasında uzunluğu təxminən 56,5 km olan çat 2005-ci ildə yaranıb, lakin o vaxtdan hər il təxminən 1,5 sm genişlənib.

Mütəxəssislərin yeni hesablamalarına görə, əvvəllər bu prosesin on milyonlarla il çəkəcəyi güman edilirdisə də, yaxın bir-beş milyon il ərzində qitə parçalana bilər, MakDonald əlavə edib.