Alimlər rekord uzunmüddətli maqnit qasırğasının sonunu elan ediblərbackend

66 saat fasiləsiz davam edən maqnit qasırğası sona çatıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin fikrincə, fırtınanın yenidən başlama şansı “demək olar ki, sıfırdır”.

“Son hadisə 66 saat davam etdi və 2017-ci ilin aprelindən bəri ən uzun davamlı geomaqnit pozğunluqları və fırtına silsiləsi oldu”, – Laboratoriya bildirib.

İyunun 2-də Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, Moskvada bazar ertəsi gecə şimal işıqları müşahidə oluna bilər. Sinoptik bildirib ki, saatlarla davam edən çox güclü və uzunmüddətli maqnit qasırğası cənuba doğru uzanan aktiv şimal işıqlarına səbəb ola bilər.