Ulsan Milli Elm və Texnologiya İnstitutundan Cənubi Koreya alimləri sintetik almazların sürətlə istehsalı üçün yeni üsul hazırlayıblar. Bu, cəmi 150 dəqiqə ərzində kristal əldə etməyə imkan verir. Araşdırma “Nature” elmi jurnalında dərc olunub.
Təbiətdə almazlar milyardlarla il ərzində böyük təzyiq və yüksək temperaturun təsiri altında əmələ gəlir. Mövcud almaz sintez texnologiyaları bir neçə həftə çəkir və eyni zamanda bir neçə on minlərlə atmosfer təzyiqi tələb edir.
Yeni araşdırmada komanda bir atmosfer təzyiqində maye metallara əsaslanan üsuldan istifadə edib.
Mənbə: Lenta.ru