Alimlər siqareti tərgitməyi asanlaşdırmağın yollarını söyləyirlərbackend

Yeni rəqəmsal ev heyvanı əjdaha oyunu siqaret çəkənlərə siqareti buraxmağa kömək edə bilər.

Bunu “Journal of Medical Internet Research” (JMIR) jurnalında dərc olunan araşdırma göstərib.

Siqaret çəkmə araşdırmanın aparıldığı ABŞ-da vaxtından əvvəl ölümün əsas səbəbi olaraq qalır. 16 milyondan çox amerikalı siqaretlə bağlı xəstəliklərdən əziyyət çəkir. Bu da hər il 500 min insanın ölümünə səbəb olur.

Alimlər “Smoke Free” siqareti buraxma proqramında quraşdırılmış “Inner Dragon” oyununun effektivliyini qiymətləndiriblər. İstifadəçinin vəzifəsi əjdahaya qulluq etməkdir. İştirakçı siqaretdən nə qədər uzaqlaşsa, ev heyvanı bir o qədər böyüyürdü. Əjdahaya bağlılıq yaratmaq üçün iştirakçılar onun üçün fərdi xüsusiyyətlər seçə və onu sığallamaq üçün əlavə xallar ala bilərlər.

“İnsanlar tez-tez proqramları yükləyir, onlardan bir neçə dəfə istifadə edir və sonra onları silir və ya unudurlar” deyə alimlər izah ediblər.

Mənbə: haberler.com