Avstraliya və Çindən olan beynəlxalq alimlər qrupu şəhər məkanlarını “kənd qurşağı” ilə əhatə etməklə onları sərinləşdirməyin yolunu tapıblar. Tədqiqat Nature Cities (NatCities) elmi jurnalında dərc olunub.
Komanda 2000-ci ildən 2020-ci ilə qədər Çinin 30 şəhəri ətrafındakı ərazilər haqqında peyk məlumatlarını öyrənib. Orbital müşahidələr yerin orta temperaturunu və ondan necə istifadə olunduğunu təxmin etməyə imkan verdi.
Mütəxəssislər deyirlər ki, isti şəhər havası yüksələn zaman yerin yaxınlığında aşağı təzyiq təbəqəsi yaradır. Bu, ətrafdakı kənd yerlərindən daha soyuq hava çəkir.
Mənbə: TASS