Hollandiya və Cənubi Koreyadan olan beynəlxalq fiziklər qrupu məlumatı insan beyni ilə eyni şəkildə ötürən ilk süni sinaps yaradıb. Tədqiqat Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.
İnsan beyninin fiziki prinsiplərinə əsaslanan hesablama sistemləri yüksək enerji səmərəliliyinə görə alim və mühəndislərin marağına səbəb olur. Beyin orta kompüterlə müqayisədə təxminən 10 dəfə az enerji sərf edir.
Əvvəlki təcrübələr beyin fəaliyyətini təqlid edən, lakin ümumi bərk materiallardan istifadə edən kompüterlərə gətirib çıxardı. Halbuki beynimiz su və duz ionlarını bir vasitə kimi istifadə edir.
Mənbə: TASS