Cenevrə Universitetinin isveçrəli alimləri Yer kürəsində təkhüceyrəli həyatdan çoxhüceyrəli orqanizmlərə keçidin ilk dəfə nə vaxt baş verdiyini aşkar ediblər. Bu, bizə təkamül nöqteyi-nəzərindən məlum paradoksa cavab verməyə imkan verir ki, nəyin birinci gəldiyi – toyuq, yoxsa yumurta?
Araşdırma “Nature” elmi jurnalında dərc olunub.
Komanda 2017-ci ildə Havay sahillərində dəniz çöküntülərində kəşf edilmiş birhüceyrəli orqanizm olan Chromosphaera perkinsii-ni tədqiq edib. Bu canlıların yer üzündə mövcudluğunun ilk əlamətləri bir milyard ildən çox əvvələ, heyvanların meydana çıxmasından çox əvvələ təsadüf edir.
Tədqiqatçılar kəşf ediblər ki, Chromosphaera perkinsii çoxhüceyrəli strukturlar əmələ gətirməyə qadirdir.