Alimlər toyuq yağını superkondensatora çevirdilərbackend

Yeunqnam Universitetinin Cənubi Koreya alimləri enerji saxlamaq qabiliyyətinə malik superkondensatorlar üçün toyuq yağının karbon elektrodlarına çevrilməsi texnologiyasını işləyib hazırlayıblar. Tədqiqat ACS Applied Materials & Interface (ACS AMI) elmi jurnalında dərc olunub.

Komanda toyuq piyini əridib və qaz məşəli ilə yandırıb. Sonra yaranan hisi topladılar və mikroskop altında araşdırdılar. Təhlil göstərdi ki, maddənin tərkibində qrafit halqaların sferik qəfəsləri olan karbon nanostrukturları var.

Tədqiqatçılar əldə edilən qrafiti tiokarbamid məhlulunda isladıblar və maddəni yaxşı tutum və dayanıqlıq, həmçinin yüksək enerji və güc sıxlığı nümayiş etdirən asimmetrik superkondensator üçün elektrod hazırlayıblar.

Mənbə: Lenta.ru