Ən məşhur və mübahisəli xristian əsərlərindən biri olan Turin Kəfəni, Hind Vadisi bölgəsindən gətirilmiş kətandan hazırlanmış ola bilər. The Independent qəzetinin məlumatına görə, alimlər bu nəticəyə parça nümunələrinin DNT analizi əsasında gəliblər.
İsa Məsihin dəfn edilməsi üçün istifadə edildiyi güman edilən təxminən 4,4 metr uzunluğunda və 1,1 metr enində olan kəfən ilk dəfə 1354-cü ildə Fransada sənədləşdirilib. Hazırda o, Turindəki Vəftizçi Müqəddəs Yəhya Bazilikasında saxlanılır.
Padua Universitetindən Gianni Barcaccia tərəfindən aparılan yeni bir araşdırma 1978-ci ildə toplanmış nümunələrə əsaslanır. Alimlər parça üzərində tapılan insan DNT-sinin təxminən 40%-nin hind mənşəli olduğunu aşkar ediblər.
Tədqiqatçılar qeyd ediblər ki, “Kəfənin üzərində tapılan DNT-nin təhlili parçanın Aralıq dənizi boyunca geniş yayılmış ola biləcəyini və sapların Hindistanda istehsal olunduğunu göstərir”.














