Yaşıl sahələr və su olan ərazilərdə yaşayanlar ürək damarlarının (koronar arteriyaların) şiddətli kalsifikasiyasına daha az məruz qalırlar.
Bunu “Circulation” jurnalında dərc olunan araşdırma göstərib.
Orta yaşda koronar arteriyaların kalsifikasiyası infarkt və digər ürək-damar xəstəlikləri üçün mühüm risk faktorudur. Bu vəziyyətdə kalsium qan damarlarının divarlarında lövhələrdə toplanır.
Yeni araşdırmada tədqiqatçılar orta yaşı 50 olan 2960 kişi və qadının məlumatlarını təhlil ediblər. Məlumatlar 25 il ərzində toplanıb. Yaşıl sahənin və ya evin piyada məsafəsində su hövzəsinin olması ağır kalsifikasiya riskinin aşağı olması ilə əlaqələndirilib.
Mənbə: Gazeta.ru