Şanxay AIER Göz Xəstəxanasının alimləri müəyyən ediblər ki, 15 dəqiqəlik açıq hava fəaliyyəti uşaqlarda miopiyanın inkişaf riskini azaldır. Araşdırmanın nəticələri Jama Network Open jurnalında dərc olunub.
Tədqiqatda orta yaşı yeddi yaşında olan 2976 uşaq iştirak edib. Alimlər subyektlərin sağlamlığı haqqında məlumat toplayıb və onların hər birinin görmə itiliyini qiymətləndiriblər. Bundan sonra uşaqlara onların fiziki aktivlik səviyyəsinə və ətrafdakı işıq səviyyəsinə nəzarət edən ağıllı saat hədiyyə edilib. Tədqiqatçılar iştirakçılara cihazları hər zaman taxmağı tapşırıblar. Bu, uşaqların açıq havada keçirdikləri vaxtın miqdarını müəyyən etmək üçün lazım idi.
Tədqiqatın başlamasından bir il sonra iştirakçılar ikinci görmə testindən keçdilər. Nəticələr göstərdi ki, hər gün 15 dəqiqə çöldə oynayan uşaqlarda miyopiya daha az olur. Alimlər qeyd ediblər ki, iki min lüks işıqlandırma səviyyəsi görmə kəskinliyini effektiv şəkildə saxlayır. Tədqiqatçıların fikrincə, bu işıq intensivliyinə hətta kölgədə və orta bulud örtüyü altında asanlıqla nail olmaq olar.
Mənbə: Gazeta.ru