Orta beyindəki dopamin neyronları qısa müddətli xatirələri saxlaya bilir. Əvvəllər yalnız prefrontal korteksdəki hüceyrələrin buna qadir olduğuna inanılırdı. Araşdırmanın nəticələri eLife jurnalında dərc olunub.
Dopamin ifraz edən beyin hüceyrələri mükafat sistemində mərkəzi rol oynayır. İnsanları və heyvanları həzz gətirən müxtəlif fəaliyyətləri yerinə yetirməyə təşviq edir. Son araşdırmalar göstərdi ki, dopaminin qısamüddətli yaddaş üçün də mühüm əhəmiyyəti var. Yeni iş bu tapıntılarla razılaşır.
Alimlər siçanları iki budaqlı labirintdə yerləşdiriblər. Onlar hansı yolla getməli olduqlarını xatırlamalı idilər. Qısamüddətli yaddaş bu hərəkətə cavabdehdir. Beyin fəaliyyətinin izlənməsi orta beyində dopamin buraxan hüceyrələrin yaddaşda iştirak etdiyini göstərdi.
Mənbə: Gazeta.ru