Önümüzdəki həftə Yerə yeni maqnit qasırğaları gətirməyəcək.
Bu barədə “Komsomolskaya Pravda” qəzeti Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının proqnozuna istinadən xəbər verir.
Şənbə və bazar günləri Günəşin orta dərəcədə narahat olmasına baxmayaraq, iyulun 14 və 15-də maqnit qasırğası gözlənilmir. Üstəlik, bütün həftə sakit keçəcək. Yalnız gələn həftə, 21-23 iyul tarixlərində maqnit qasırğaları gözlənilir.