Barselona Sağlamlıq Universitetinin ispan alimləri 2023-cü ildə Avropa ölkələrində istidən ölənlərin sayını hesablayıblar. Ölənlərin ümumi sayı 47 960 nəfər olub. Tədqiqat Nature Medicine (NatMed) elmi jurnalında dərc olunub.
Hesabata görə, 2023-cü ildə son on ildə yüksək temperatur qurbanlarının sayına görə ikinci olub. Bir il əvvəl istilik dalğaları 60 mindən çox insanın həyatına son qoymuşdu.
Müəlliflər yaşlı insanların ən çox risk altında olduğunu, istidən isə ən çox Cənubi Avropa ölkələrinin zərər çəkdiyini vurğulayıblar.
Mənbə: NatMed