Alimlər Yer kürəsində maqnit fırtınalarının başlayacağını proqnozlaşdırırlarbackend

Günəşdə tac dəliyinin əmələ gəlməsi səbəbindən aprelin 10-dan 12-dək Yer kürəsində maqnit fırtınaları gözlənilir. Bu barədə “İnterfaks” agentliyi Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutu (ISTP) məlumat verib.

Laboratoriyanın açıqlamasında deyilir: “Modellər cümə günündən bazar gününə qədər növbəti üç gün ərzində zəif maqnit fırtınaları və pozuntularının yüksək (ən azı 90%) ehtimalını göstərir”.

Astronomların fikrincə, ən çox ehtimal olunan proqnoz zəif və orta fırtınalardır (G1-G2). Lakin güclü maqnit fırtınalarının ehtimalını istisna etmək olmaz.