Yer kürəsində əvvəllər proqnozlaşdırılmayan orta güclü maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin fikrincə, fırtına Moskva vaxtı ilə saat 23:00-dan qeydə alınıb və iyunun 13-də səhər saatlarına kimi davam edərək G2.3 səviyyəsinə çatıb ki, bu da orta səviyyədən yüksəkdir. Alimlər qeyd ediblər ki, belə parametrlər enerji sistemlərinin və radiorabitələrin işinə təsir göstərə bilər.
Geomaqnit pozğunluğunun səbəbi hələ də aydın deyil. Tədqiqatçıların fikrincə, son saatlarda günəş plazmasının sıxlığının artması və maqnit sahəsinin güclənməsi müşahidə olunur. Bununla belə, Günəşdən maddə emissiyalarının əsas göstəricisi kimi günəş küləyinin sürəti sabit olaraq qalır. Bu hadisə də geomaqnit proqnozlarına daxil edilməyib.
Alimlər əlavə ediblər ki, iyunun 14-nə keçən gecə Yer kürəsinin cənub yarımkürəsində müşahidə olunan böyük tac dəliyindən Günəşə təsir gözlənilirdi. Onların fikrincə, ola bilsin ki, Yer artıq öz sərhədindən sıx maddə axını ilə qarşılaşıb. Bu, gün ərzində günəş küləyinin daha da güclənməsinə səbəb ola bilər.