Alimlər 20 illik müşahidələr zamanı ilk dəfə olaraq Yer kürəsində ikinci ildir ki, “planet miqyaslı” maqnit qasırğası qeydə alıblar.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssislərinin fikrincə, G5 maqnit qasırğaları nisbətən nadir hadisədir. Onlar sonuncu dəfə 2003-2005-ci illər arasında ardıcıl üç il müşahidə edilib. O vaxtdan bəri maqnit qasırğasının səviyyələri G4-ə qədər dəyişib.
Uzun fasilədən sonra 2024-cü ilin mayında G5 maqnit qasırğası qeydə alınıb. 2025-ci ildə 12 noyabrda son dərəcə güclü maqnit qasırğası müşahidə olunub və bu, 8,67 maqnituda ilə ən yüksək səviyyəyə, G5-ə çatıb.
Tədqiqatçılar izah etdilər ki, Yerdəki maksimum pozuntular transformatorlara və enerji sistemlərinə zərər verə bilər və kosmik gəmilər geolokasiya və peyk rabitə kanalları ilə bağlı problemlər yaşaya bilər.














