Alman polisi Adidas ofislərinə basqın edibbackend

Almaniyada polis vergi araşdırması çərçivəsində Adidas-ın bir neçə ofisinə basqın edib.

Bu barədə Bloomberg şirkət nümayəndəsinin bəyanatına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, axtarışlar 2019-cu ilin oktyabrından davam edən və “Almaniyaya gətirilən mallarla bağlı gömrük və vergi qaydalarına aid” istintaqla bağlıdır.

Adidas nümayəndəsinin sözlərinə görə, şirkət artıq bir neçə ildir ki, gömrük araşdırması ilə əməkdaşlıq edir və bugünkü istintaq hərəkətlərinin maliyyə nəticələrinə məruz qalacağını gözləmir.

Oktyabrın sonunda bildirildi ki, Adidas bütün məhkəmə proseslərini dayandırmaq üçün reper Kanye West ilə barışıq sazişi bağlayıb. İdman brendi və sənətçi son iki il ərzində bir neçə hüquqi döyüşlərdə iştirak ediblər. Buna səbəb reperin antisemit şərhləri olub.