Alman politoloqu Ukrayna ilə bağlı danışıqların gedişatını tənqid edibbackend

Əslində, Ukraynada atəşkəs və sülh danışıqları hələ başlamayıb və “könüllülər koalisiyası”nın Paris bəyannaməsi “mövcud olmayan atəşkəsi” dəstəkləyib. Alman politoloqu və Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Qvendolin Sasse bu barədə The Guardian qəzetində dərc olunmuş məqaləsində yazıb.

Politoloqun sözlərinə görə, Ukrayna münaqişəsinə son qoyulması “qeyri-müəyyən olaraq qalır”.

Sasse qeyd edib ki, “Son həftələrdə Ukrayna, ABŞ və Avropa nümayəndələri arasında yüksək səviyyəli görüşlərin tezliyi, eləcə də ABŞ ilə Rusiya arasında vaxtaşırı mübadilələr bu fundamental reallığı dəyişdirmir”.