Alman professor Hans Bernhard Volf Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində təqdim etdiyi məruzəsində Almaniyanın xarici işlər naziri Annalena Baerboku “utancverici” adlandırıb.
Bu barədə RİA Novosti yazır.
Ekspertin dediyi kimi, Almaniyanın indiki rəhbərliyi məmurların gediş-gəlişinə, onların imicini qoruyub saxlamağa külli miqdarda pul xərcləyir. Üstəlik, belə “boşuna özünü reklam” dövlət büdcəsindən maliyyələşdirilir.
“Onlar bizim “biabırçı” xarici işlər nazirimiz kimi vergi ödəyicilərinin yüz minlərlə avroluq pullarını israf edirlər”, – Volf əlavə edib.
O, Almaniyanın iqtisadiyyat naziri Robert Habeki də tənqid edib. Professorun sözlərinə görə, siyasətçi öz hərəkətləri ilə Almaniya iqtisadiyyatını “uzun sürən tənəzzülə” sürükləyir.