Almaniyanın Kiel şəhərində naməlum şəxslər Hellouin bayramı üçün uşaqlara paylanan konfetə ülgücləri qarışdırıblar.
Bu barədə Şlezviq-Holşteyn ştatının yerli polisi Der Spiegel-ə məlumat verib.
Agentliyin məlumatına görə, dörd uşağı olan bir qadın Hasse rayonunda qapı-qapı gəzərək şirniyyat toplayırmış. Daha sonra ailə yığılan şirniyyatdan keçərkən ana onların arasında ülgüc aşkarlayıb. Uşaqlardan heç biri xəsarət almayıb. Qadın polislə əlaqə saxlayıb, polislər hadisə ilə bağlı iş açıb və hadisənin hansı şəraitdə baş verdiyini araşdırmağa başlayıb.
Hüquq-mühafizə orqanları valideynlərdən bayram günlərində övladlarının topladığı konfetləri diqqətlə yoxlamağa çağırıb. Polis bu cür hərəkətlərin “zərərsiz Halloween əyləncəsi ilə heç bir əlaqəsi olmadığını” vurğuladı və onları son dərəcə məsuliyyətsiz adlandırdı.
Bundan əvvəl ABŞ-da 47 yaşlı keçmiş teleaparıcı Ancelina Mokun Hellouin gecəsi 80 yaşlı anası Anita Aversə bıçaqla hücum etdiyi bildirilirdi. Yaşlı qadını öldürən keçmiş jurnalist özünü xilas etmək üçün polisi anasına xəsarət yetirdiyinə inandırmağa çalışıb. Mok tutuldu və 1 milyon dollar girov müqabilində Sedgwick County həbsxanasına yerləşdirildi.













