Almaniya ABŞ-ın Avropadan üz döndərməsindən şikayətləndibackend

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bildirib ki, ABŞ siyasi və mədəni cəhətdən Avropadan üz çevirir və qitənin maraqlarını qorumaq üçün yeni “Avropa vətənpərvərliyi” dövrünə çağırır.

Reuters onun sözlərini sitat gətirib.

O qeyd edib ki, Donald Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyası ABŞ-ın “siyasi və mədəni cəhətdən Avropadan üz çevirdiyini” göstərir. Klinqbeylin sözlərinə görə, ticarət getdikcə subsidiyalar, artıq tutum, tariflər və nəzarət vasitəsilə silah kimi istifadə olunur ki, bu da xüsusilə Almaniyaya təsir göstərir.