Almaniya ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında yer alan tənqidləri rədd edibbackend

Almaniya hökuməti ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında yer alan Avropanın tənqidini rədd edib. TASS xəbər verir ki, bu barədə jurnalistlərə baş nazirin müavini Sebastyan Hill bildirib.

Rəsmi qeyd edib ki, Avropa və ABŞ tarix, iqtisadi və mədəni baxımdan bağlıdır. Onlar bu günə qədər yaxın tərəfdaş olaraq qalırlar.

“Bununla belə, biz Aİ-yə yönəlmiş müəyyən tənqidi bəyanatları rədd edirik. Siyasi azadlıqlar, o cümlədən ifadə azadlığı hüququ Avropa İttifaqının fundamental dəyərlərindəndir. Biz bununla bağlı ittihamlara strategiyadan çox ideologiya kimi baxırıq”, – Hille bildirib.