Almaniyanın maliyyə naziri Kristian Linder bildirib ki, Berlin Avropa İttifaqından (Aİ) çıxsa, ölkə iqtisadiyyatı məhv olacaq.
Belə ki, o, “Bloomberg” agentliyinə müsahibəsində sağçı “Almaniya üçün Alternativ” partiyasının siyasi assosiasiyadan çıxmaq çağırışına cavab verib.
O vurğulayıb ki, Aİ-nin vahid bazarı Almaniya üçün “son dərəcə vacibdir” və Almaniya ixracdan asılı olduğundan ittifaqdan çıxmaq mümkün olan ən pis ssenari olacaq.
“Bu, iqtisadiyyatımızı məhv edərdi. Ona görə də insanlara “Yaxşı, bəlkə siz hökumətin siyasəti ilə razılaşmırsınız, lakin bu, bütün sistemi dəyişmək və sərvətimizin nəyə əsaslandığını dəyişmək üçün səbəb deyil” deməliyik”, – Lindner bildirib.