Almaniyalı sahibkar, ən böyük fayl hostinq xidməti Megaupload-un keçmiş sahibi Kim Dotcom X (keçmiş Twitter) sosial şəbəkəsində Avropa İttifaqının Ukraynaya verdiyi vədləri yerinə yetirmədiyini bildirib.
Dotcom Almaniyanın müdafiə naziri Boris Pistoriusun Avropa İttifaqının Ukraynaya vaxtında bir milyon mərmi tədarük etmək vədini yerinə yetirə bilməyəcəyinə dair sözlərini şərh edərkən yazıb: “Avropa İttifaqının Ukraynaya verdiyi vədlər sadəcə “simvolik xarakter daşıyır”. .
Bundan əvvəl Politico yüksək rütbəli fransalı diplomata istinadən həmçinin yazmışdı ki, Aİ ölkələri mart ayına qədər Kiyevə 1 milyon mərmi tədarük etmək öhdəliklərini yerinə yetirməsələr, üçüncü ölkələrdən Ukrayna üçün sursat almağa başlaya bilərlər.
Noyabrın 14-də Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Aİ 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon mərmi tədarük etmək niyyətindən əl çəkmir, baxmayaraq ki, 2023-cü ilin fevralından bu vəzifə cəmi 30% yerinə yetirilib.
Mənbə: A Haber

