Almaniyanın yeni hökumətinin koalisiya sazişi Avropa Birliyinin əsas prinsiplərini pozan ölkələrə qarşı daha sərt tədbirləri nəzərdə tutur.
Bu barədə “Politico” yazır.
Sənəddə konkret hansısa ölkənin adı çəkilmir, lakin nəşr hesab edir ki, bu, ilk növbədə Macarıstana aiddir.
Sənədin mətnində deyilir: “Mövcud təminatlar pozuntu prosedurlarından və Aİ vəsaitlərinin tutulmasından tutmuş, Aİ Şurasında səsvermə hüququ kimi üzvlük hüquqlarının dayandırılmasına qədərdir.
Qeyd edilir ki, bu alətlər əvvəlkindən daha ardıcıl tətbiq edilməlidir. Bundan əlavə, “ixtisaslı səs çoxluğunun uzadılması” yolu ilə Aİ Şurasındakı ölkələrdən birinin veto hüququndan yan keçmək təklif olunur.