Almaniya Avropa Komissiyasının Aİ büdcəsinin artırılması təklifinə qarşıdır.
RİA Novosti bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Korneliusa istinadən xəbər verir.
Berlinin fikrincə, Aİ indi daha rəqabətədavamlı və müdafiəyə hazır olmalı, Avropa isə qlobal səviyyədə fəaliyyət göstərə bilməlidir. Odur ki, bütün Aİ-yə üzv dövlətlərin öz milli büdcələrini konsolidasiya etmək üçün əhəmiyyətli səylər göstərdiyi bir şəraitdə Almaniya Avropa Komissiyasının büdcənin artırılması təklifini dəstəkləyə bilməz. Bundan əlavə, Berlin Avropa Komissiyasının təklif etdiyi şirkətlərin əlavə vergiyə cəlb edilməsini bəyənmir.