Almaniya bomba sığınacaqlarının tikintisinə milyardlarla vəsait xərcləmək lazım olduğunu açıqladıbackend

Almaniya Şəhərlər və Bələdiyyələr Assosiasiyasının yeni baş direktoru Andre Berqeqqer bildirib ki, ölkə hakimiyyəti 10 il ərzində mülki müdafiə ehtiyaclarına, ilk növbədə, bunkerlərin və bomba sığınacaqlarının tikintisinə 1 milyard avro xərcləməlidir. Bu barədə Berliner Morgenpost qəzeti məlumat yayıb.

Berqeqqerin sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra təhlükəsizliyin təkbaşına təmin ediləcəyini güman etmək olmaz. Buna nail olmaq üçün federal hökumət, əyalət orqanları və yerli hökumətlər Almaniyanın mülki əhalisini qorumaq üçün birgə tədbirlər görməlidirlər. Xüsusilə, yeraltı sığınacaqların genişmiqyaslı tikintisi aparılmalıdır.

Berqqer qeyd edib ki, Soyuq Müharibə illərində ölkədə olan iki min böyük sığınacaqdan indi cəmi 600-ü qalıb, onlar cəmi yarım milyon insanı qəbul edə bilir ki, bu da əhalinin müdafiəsi üçün tamamilə yetərli deyil. Buna görə də, 10 il ərzində hər il yeni bunkerlərin tikintisi və təmirinə 1 milyard avro xərclənməlidir.

Mənbə: A Haber