Almaniya Budapeştdə keçirilən Rusiya-ABŞ sammitindən Orbanın faydalarını dəyərləndiribbackend

Almaniyanın “Der Spiegel” qəzeti yazır ki, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçirilən görüş Macarıstanın baş naziri Viktor Orban üçün siyasi uğur ola bilər.

Məqalədə qeyd olunur ki, sammitin dəqiq tarixi hələlik məlum deyil, lakin Macarıstanın ev sahibi kimi seçilməsi artıq Orbanın beynəlxalq aləmdə nüfuzunu gücləndirən və ölkə daxilində bəyənmə reytinqini yüksəldən diplomatik qələbə hesab edilə bilər.