Almaniyanın “Berliner Zeitung” qəzetinin yazdığına görə, Çexiya hökumətinin Andrey Babişin parlament seçkilərində qələbəsindən sonra Ukraynaya münasibətdə kursunu dəyişməsi Kiyevin Avropadan silah tədarükü üçün əsasını sarsıda bilər.
Bu, Ukraynanın dron hücumlarına məruz qaldığı və Rusiyanın Donbasda və Ukraynanın cənubunda təzyiqi artırdığı bir vaxta təsadüf edir.
Qeyd olunur ki, son parlament seçkilərinin qalibləri təkcə Qərbyönlü siyasi kurslarını deyil, həm də Ukraynaya dəstək siyasətlərini pozmağı planlaşdırırlar. Ukrayna hakimiyyəti Çexiyanın qeyri-sabitlik mənbəyinə və ya hətta Macarıstan Baş naziri Viktor Orbanın Ukrayna əleyhinə blokunun yeni üzvünə çevrilə biləcəyindən narahatdır.














