Deutsche Bank Research ekspertləri yaxın gələcəkdə ABŞ dollarının uzunmüddətli zəifləməsini proqnozlaşdırırlar.
Bu barədə RİA Novosti məlumat yayıb.
Analitiklərin fikrincə, avroya münasibətdə Amerika valyutasına tələbat 2014-cü il səviyyəsinə düşə bilər. Bu, iri beynəlxalq investorların ABŞ-ın ikiqat kəsirini maliyyələşdirmək istəməməsi ilə bağlıdır.
Bloomberg-in məlumatına görə, Donald Trampın prezidentliyi prezidentlik müddətinin ilk yüz günündə Amerika valyutasının ənənəvi ilkin yüksəlişindən fərqli olaraq dolların əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olub. Tarixən 1971-ci ildən 2021-ci ilə qədər dolların orta illik gəliri təxminən 0,9% olub.