Almaniya əks-kəşfiyyatının rəhbəri postunu kimin tutacağı məlum olubbackend

Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarəsinin (əks-kəşfiyyat) rəhbəri postunu türk əsilli Zinan Zelen tutacaq.

Bu barədə “Bild” qəzeti Bundestaqın (parlament) deputatlarına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Almaniya əks-kəşfiyyatının əvvəlki rəhbəri Tomas Haldenvinq 2024-cü ilin sonunda vəzifəsini tərk edərək Bundestaq deputatlığına namizədliyini irəli sürüb. O vaxtdan konstitusiyanın müdafiəsi idarəsinin rəhbəri vəzifəsi boş qalıb. Eyni zamanda, Haldenvinq seçkilərdə uğursuzluğa düçar olub və parlamentə seçilməyib.

“Sabah daxili işlər nazirinin Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsinin əməkdaşlarına ünvanladığı məktubda kadr dəyişikliyi elan olunacaq: İdarəyə sədr müavini Zinan Zelen rəhbərlik edib”, – nəşr qeyd edir.