Almaniya hökuməti cinsiyyətin dəyişdirilməsi prosedurunu sadələşdirmək istəyirbackend

Almaniyanın Nazirlər Kabineti cinsiyyətin dəyişdirilməsi ilə bağlı hüquqi prosesi sadələşdirən qanun layihəsini təsdiqləyib. Bu barədə Almaniya hökumətinin saytında dərc olunmuş məlumatda deyilir.

Mətndə sadə bir tətbiq vasitəsilə şəxsi məlumatlara dəyişiklik etmək mümkün olacağı bildirilir. Artıq vətəndaşlar qərarlarını heç bir şəkildə izah etməli və tibbi əsaslandırmalar təqdim etməli olmayacaqlar.

“Gender Record Self-determination Act, transseksual, interseks və qeyri-binar insanların qeydiyyat şöbəsində cinsiyyət və ad qeydlərini dəyişməsini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur” yazıda deyilir.

Mənbə: Haberler.com