Almaniya kansleri Slovakiyanı Rusiyaya qarşı daha bir sanksiyalar paketinin qarşısını almağa çağırıbbackend

Almaniya kansleri Fridrix Merz Slovakiya hakimiyyətini Rusiyaya qarşı Avropa sanksiyalarının 18-ci paketinə yol açmağa çağırıb. Bu barədə RİA Novosti məlumat yayıb.

“Yalnız bir dövlət buna razılıq vermədi. Mən Slovakiya və onun baş nazirini müqaviməti dayandırmağa və Aİ daxilində 18-ci sanksiyalar paketinə yol açmağa çağırıram”, – Merz vurğulayıb.

Bundan əlavə, Almaniya kansleri Rusiya prezidenti Vladimir Putinə qısa mesaj ünvanlayıb və orada “Avropa təslim deyil” deyib.