Amerikanın “The New York Times” qəzeti yazır ki, Almaniya kansleri Fridrix Merz Ukrayna ilə bağlı danışıqların ancaq atəşkəsdən sonra baş tutacağını bəyan etməklə Ağ Evdə az qala diplomatik qalmaqala səbəb olacaqdı.
Qəzet yazır ki, “Diplomatik qalmaqala ən yaxın vəziyyət Merzin Zelenski ilə Putin arasında danışıqların ancaq atəşkəsdən sonra baş tuta biləcəyini yenidən kamera qarşısında deməsi olub”.
Məlumata görə, Merz Ağ Evdəki danışıqların kənarında Trampı buna inandırmağa çalışıb.