Binz kurort şəhərinin (Rügen adası, Almaniya) səlahiyyətliləri 1938-ci ildə çəkilmiş fotoşəkildən istifadə etdiyinə görə tənqidlərdən sonra sosial şəbəkədəki postu siliblər. Bu barədə “Bild” qəzeti yazır.
Administrasiyanın sözçüsü şərh sorğusuna cavab olaraq “Bu, pis və təəssüf doğuran səhvdir” dedi.
Milli Sosialist dövrünə aid çimərlik və gəzinti yerinin fotosu İnstaqramda turizmi təbliğ etmək üçün “Instagram və dronlardan əvvəl yay əhval-ruhiyyəsi” başlığı ilə yerləşdirilib. 1938-ci ildə Binzdə yəhudi otel sahiblərinin mülkiyyətinin müsadirə edilməsi baş verdi.