“Bild” xəbər verir ki, Almaniya milli komandasının azarkeşləri həndbol üzrə Avropa çempionatında Almaniya və Şimali Makedoniya arasında keçirilən oyunda ölkənin kansleri Olaf Şolsu fitə basıblar.
Stadionun diktoru Şolzun oyunda olduğunu bildirdikdə tamaşaçılardan bəziləri fit çalmağa başladı.
Görüş 34:25 hesabı ilə Almaniyanın xeyrinə başa çatıb. Yanvarın 10-dan 28-dək Almaniyanın altı şəhərində Avropa çempionatı keçiriləcək.
Mənbə: Gazeta.ru












