Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyibbackend

Almaniya Müdafiə Nazirliyi Ukraynaya kömək üçün ölkə hökumətindən 3,8 milyard avro istəyir. Bu barədə Almaniyanın Bild nəşrinin materialında deyilir.

“Müdafiə Nazirliyi hökumətdə həyəcan təbili çalır: Bild-in məlumatına görə, müdafiə naziri Boris Pistoriusun departamenti cari maliyyə ili ərzində Ukraynaya əlavə 3,8 milyard avro yardıma ehtiyac olduğunu bildirib”, – materialdan belə çıxır.

Bundan əvvəl Almaniya Sosial Demokrat Partiyasının eksperti Co Veynqarten Qərbi Ukraynanı qorumaq üçün NATO-ya üzv ölkələrin ərazisində quraşdırılmış hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə çağırıb. Eyni zamanda, siyasətçi vurğulayıb ki, bu, NATO qoşunlarının Ukraynaya göndərilməsini tələb etmir, çünki “Patriot” hava hücumundan müdafiə sistemləri Polşa, Slovakiya və Macarıstanın sərhədyanı ərazilərində yerləşdirilərək ölkənin hava məkanını qorumağa qadirdir.

Mənbə: TASS