Almaniya Münhen hava limanında pilotsuz təyyarə insidentində Rusiyanı günahlandırıbbackend

Bavariyanın baş naziri Markus Söder Münhen hava limanında dron insidentinin Rusiyanın əli ola biləcəyini bəyan edib. Onun sözlərini ARD telekanalı sitat gətirib.

O, bunu dəqiq təsdiq edə bilməyəcəyini, lakin hava limanı yaxınlığında PUA-ların görünməsinin bir növ Rusiya ilə bağlı olduğuna inandığını bildirib.

Söder, “Bu həm də bizi əsəbiləşdirmək və qorxu aşılamaq üçün hazırlanmış hibrid müharibənin bir formasıdır. Buna görə də zəiflik və ya qorxu nümayiş etdirməməliyik” dedi.

Siyasətçi “ağıllı, sakit, lakin ardıcıl” hərəkətə çağırıb.