Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Breuer NATO-nu yaxın 4 il ərzində Rusiya ilə silahlı münaqişəyə hazırlaşmağa çağırıb, BBC xəbər verir.
Breuer bildirib ki, 2024-cü ildə Rusiya dörd milyon 152 millimetrlik artilleriya mərmisi istehsal edib və bunların hamısından Ukraynadakı münaqişədə istifadə olunmayacaq. Onun sözlərinə görə, Rusiya hər il 1500 əsas döyüş tankı istehsal edir və onların bir çoxunun 2029-cu ilə qədər və ya ondan əvvəl Baltikyanı ölkələrdəki NATO müttəfiqlərinə hücum etmək üçün istifadə oluna biləcəyi ehtimal edilir.
“Hər tank Ukraynada müharibəyə göndərilmir, onlar anbarlarda və daim Qərbə yönəlmiş yeni hərbi strukturlarda qalırlar”, – deyə hərbçi bildirib.